Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi istəyi azaldan 5 tərəvəz - Çox yeməyin!

  • 2025.01.21 00:05
  • 834 Baxış
Cinsi istəyi azaldan 5 tərəvəz -  Çox yeməyin!

Bəzi qidalar cinsi istəyə mənfi təsir edə bilər. Xüsusilə bəzi tərəvəzlər bədəndə hormon balansının, qan axınının pozulmasına və ya stress səviyyəsinin artmasına səbəb olaraq cinsi istəksizlik yaradar.

Bəs cinsi istəyi yox edən qidalar hansılardır?

Medicina.az həmin tərəvəzləri təqdim edir:

Soğan

Soğan sağlamlıq baxımından bir çox faydası olan tərəvəz olsa da, həddindən artıq yeyildikdə cinsi istəyə mənfi təsir edər. Soğanın tərkibində yüksək miqdarda kükürd birləşmələri var və bu birləşmələr orqanizmdə bəzi hormonları boğa bilir. Bu birləşmələr, xüsusən də testosteron səviyyəsini aşağı salar, cinsi istəyi azaldar.

Bundan əlavə, soğanın pis qoxusu da bəzi insanlarda cinsi istəyi azaıda bilər. Bu səbəbdən həddindən artıq soğan yeməkdən qaçın.




Gül kələm

Gül kələmində hormonlara təsir edən komponentlər olduğu üçün həddindən artıq yeyildikdə cinsi sağlamlığa mənfi təsir göstərər. Ancaq bu tərəvəzlər az miqdarda və balanslı şəkildə yeyildikdə sağlamlığa faydalıdır; Əsas odur ki, həddi aşmayın.

Ənginar

Ənginar sağlam bir tərəvəz olsa da, bəzi araşdırmalar göstərir ki, cinsi istəyə mənfi təsir edər. Ənginar həddindən artıq yeyildikdə testosteron səviyyəsini aşağı salar.



Noxud

Noxud zülalla zəngin qida olsa da, onların tərkibində yüksək miqdarda fitoestrogenlər var. Fitoestrogenlər bitkilərdə olan və estrogen hormonuna bənzər təsir göstərən birləşmələrdir. Bu birləşmələr kişilərdə testosterona təsir göstərərək, cinsi istəyi azaldar.

Bundan əlavə, noxud və buna bənzər paxlalı bitkilərin həddindən artıq yeyilməsi həzm sistemində qaz və şişkinlik kimi problemlərə yol açar. Noxud düzgün yeyildikdə sağlam qidadır, lakin həddindən artıq olmaz.

Kartof

Kartof da cinsi istəksizliyə səbəb olan qidadır. Bundan əlavə, kartofun həddindən artıq yeyilməsi çəki artımına səbəb ola bilər ki, bu da ümumi sağlamlığa mənfi təsir göstərər. Çəki artımı və bədəndə yağların yığılması cinsi istəksizliklə əlaqəli amillərdəndir.

Aygün Nəbiyeva
Mrdicina.az