Qadınlarda libidonun azalması, istəksizlik və hətta seksdən imtina günümüzün əsas problemidir.
“Medicina” xəbər verir ki, həkim terapevt İrina Baranova libido düşməsinin səbəblərini açıqlayıb.
“Səbəblər müxtəlif ola bilər: banal yorğunluqdan, stresdən tutmuş ağır xəstəliyə kimi... Amma birinci yerdə hormonal pozuntular durur. Qadında testosteron və esterogen azalırsa, libido düşür.
Eləcə də qalxanvari vəzin hormonal pozuntusu, zob və prolaktin yüksəlməsi varsa, seksual istəyə təsir edir.
İkinci yerdə xroniki stress və yorğunluqdur. Kortizol və adrenalin qanda çox olduqda, cinsi hormonlara təsir edir.
Yuxusuzluq, gec yatmaq melatonin sintezini pozur. Bu zaman testosteron və estrogen də azalır.
Qadının zərərli qidalanması vitamin, mikroelement, mineralları azaldır, bu da təsir edir.
Qorunmaq üçün hormonal kontraseptiv qəbul edən qadınlarda cinsi istəksizlik yarana bilir.
Ailədaxili konfliktlər, partnyorla həll olunmamış məsələlər və emosional bağlılığın olmaması qadının cinsi həvəsini həmişəlik bağlaya bilər.
Bəs nə etməli:
Qadın ilk növbədə ginekoloq və endokrinoqla birgə bütün hormonal analizlərdən keçməli, daha sonra nevroloq və psixoloqla yola çıxmalıdır.
Rasionda yumurta, toyuq, ət, balıq, meyvə, kələm və qoz olmalıdır.
Gecə yuxusu 7 saat və dərin olmalıdır.
Böyrəküstü vəzilərin işini yaxşılaşdırmaq üşün aşvaqanda qəbul edə bilərsiz”.
Aygün Musayeva
izah edin zehmet olmasa, ashvaqanda nedir?