Cinsi istəksizlik, iqtidarsızlıq, frigidlik, zəiflikdən şikayətlənən gənc və orta yaşlı kişi və qadınlar üçün dərmansız bu sahədə yaxşı nəticə almağın yolları var.
Hər şeyin əvvəli və sonu qidalanma ilə bağlı olduğu üçün, bu problemlər də pis, zəif qidalanmadan qaynaqlanır
Menyunuzda hər gün bunlardan 6-7-si olsun, 1 ay sonra nəticəyə baxın.
Medicina.az sizə cinsi istəyi artıran qidaları təqdim edir.
Aloe
Aloenin şirəli, lətli yarpaqlarından ətçəkəndə çəkib, üzərinə bir qədər bal əlavə edib, gündə 2 dəfə bir şay qaşığı qəbul edin. Aptekdə də aloenin maye ekstraktı satılır. Onu da qəbul edə bilərsiniz. Kurs 4 həftədir
Ənginar
Azərbaycanda bu tərəvəzi yemirlər, amma türklər hər gün dolmasını bişirir. Fransızlar onu "genital orqanları qızışdıran" adlandırır.
Siz də ənginarı əldə edin. Çox faydalıdır.
Banan
Ehtiraslandırıcı meyvədir. Qozla birlikdə səhər və axşam yeyilə bilər
Reyhan
Həm ağ, həm tünd reyhan cinsi qabiliyyəti artırır. Ona görə italyanlar bu bitkini hər yeməkdə istifadə edir
Vanil
Sinir sisteminə sakitləşdirici təsir göstərir, qoxusu seksual istək oyadır. Tez-tez vanil iyləyin
Kürü
Sevgi, ehtiras çörəyi adlandırılır. Tərkibində olan mikroelementlər cinsi funksiyaları aktivləşdirir
Zəncəfil kökü
Çin, Yaponiya və Hindistanda cinsi iqtidarsızlıq halında qədimdən kişilərə dərman kimi verilib. Çox güclü afridiziakdır
Küncüt toxumu
Bala qatılıb yeyildikdə, oyadıcı təsir göstərir
Soğan
Qirmızı və hövsan soğanını bol edin. Stimulə edir, ehtiraslandırır, gücləndirir
Manqo
İlahi nemətdir. Qadınlara da təsir edir
Bal
Tanrıların qidasıdır. Cinsi orqanlara enerji verir, isidir, qoz, meyvə ilə birlikdə yedikdə güclü təsir edir