Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi ikrah pozğunluğu nədir? - Azərbaycanda ailələri məhv edən problem

  • 2023.06.05 22:24
  • 1758 Baxış
Cinsi ikrah pozğunluğu nədir?  - Azərbaycanda ailələri məhv edən problem

Əslində tez-tez rast gəlinən, lakin çox bilinməyən "cinsi ikrah pozğunluğu" cütlüklər, hətta fərdlər arasında uzunmüddətli problemlər yarada bilər.


“Medicina” xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu problemin həllində simptomları izləmək və diaqnoz qoymaq çox vacibdir.


Cinsi ikrah pozğunluğu nədir?

Cinsi ikrah pozğunluğu insanın öz cinsiyyətinə və ya başqa bir şəxslə cinsi əlaqəyə davamlı və ya təkrarlanan həddindən artıq ikrah hissi duyması,nifrət etməsi, maraq göstərməməsi, cinsi əlaqədən tam və ya qismən çəkinməsidir.


Cinsi ikrah pozğunluğu kimlərdə olur?

Ümumi olaraq, müxtəlif psixoloji pozğunluqları və ya panik atakları olan insanlarda rast gəlinsə də, cinsi ikrah pozğunluğu cinsi travma keçirmiş qadınlarda xüsusilə aktualdır.


Ostindəki Texas Universitetinin Cinsi Psixofiziologiya Laboratoriyasından Sindi M. Mestonun sözlərinə görə, cinsi ikrah pozğunluğu müəyyən mənada cinsi pozğunluqdan daha çox narahatlıq pozğunluğuna bənzəyir. Buna görə əksər müalicələr həddindən artıq narahatlığı olan insanlarla edilən müalicəyə bənzəyir.

Cinsi istəksizliyi adətən narahatlığı azaltmaq üsulları ilə müalicə edirlər:

Sistematik desensitizasiya: Bu, hər biri narahatlıq səviyyəsinin artmasına səbəb olan cinsi fəaliyyətlərin siyahısını yaratmaq üçün terapevtlə işi əhatə edir.

Pasiyent daha sonra terapevt nəzarəti altında rahatlama məşqləri edərkən narahatlıq yaradan qıcıqlandırıcılara məruz qalır. Pasiyent və terapevt, şəxs müəyyən bir stimuldan artıq güclü narahatlıq hiss etməyənə qədər seanslar boyunca birlikdə işləyirlər. Daha sonra siyahıdakı növbətiyə keçirlər. Pasiyent terapevtlə birlikdə siyahıdakı bütün stimullardan keçdikdən sonra pasiyentin partnyoru ilə hər bir stimulu keçmə üsulu tətbiq olunur.

İnteqrativ terapiya: Bu, həkimlərin, psixoloqların, cinsi terapevtlərin və bəlkə də fiziki terapevtin müalicələrini birləşdirir.

Tibbi müalicə: Bu müalicə üsuluna dərman müalicəsi daxildir. Nifrət pozğunluğu olan insanlar üçün təyin edilən bir çox dərman, digər narahatlıq pozğunluqları olanlar üçün də təyin edilir.

Psixoloji terapiya: Bura seks-terapevt ilə işləmək daxildir. Yəni psixoloq məhz cinsi münasibətlərin bərpası ilə məşğul olur.

Günay Quluzadə