Hər mövzuda olduğu kimi, cinsi həyatın da bəzi faydaları və diqqət edilməli məqamları var. İlkin olaraq buna Distimiyanı misal çəkmək olar.
Distimiyanın başlıca klinik təzahürü uzun müddət bəzən illərlə davam edən yüngül depressiyadır. Belə şəxslər, adətən bir qədər qapalı bədbin, özlərinə qarşı ümidsiz görünməklə diqqəti cəlb edirlər.
İndiki dövrdə distimiyanın 4 əsas variantı var:
1)Şəxsiyyətin depressiv pozuntusu
2)Depressiv nevroz
3)Nevrotik depressiya
4)Xronik təşviş depressiyası
Distimiyanın bütün formalarda depressiya üçün xarakterik olan əlamətlərini tapmaq olar. Xəstəliyin gedişindən,onu kəskinləşdirən amillərdən asılı olaraq ən ağır əlamətlərə belə rast gəlmək mümkündür. Cinsi münasibətin insanın həm fiziki, həm də psixoloji faydaları hər kəsə məlumdur.
Medicina.az mövcud təbii hadisənin insan bədəninə ümumi təsirləri barədə məlumatı təqdim edir.
CİNSİ HƏYAT MƏNƏVİ SAĞLAMLIQLA EYNİ DƏYƏRDƏDİR
Cinsi həyat qadın və kişi həyatında önəmli rola malikdir. Heyvanlarda olduğu kimi nəsil artırma məqsədli cütləşmə deyil. Hər iki tərəfin zövq alaraq qarşılıqlı sosial fəaliyyətidir. Cütlüklərin yaşadığı hər hansı problem, onların cinsi həyatına da siraət edir. Eyni zamanda əksi də eyni nəticəni verir. Xüsusi ilə Distimiya problemi olanarda cinsi münasibət zədələnir.
Distimiyanın diaqnozunu dəqiqləşdirərkən aşağıdakıları nəzərə almaq lazımdır:
a)Tutmanın, o cümlədən təkrar tutmaları davamiyyəti iki ildən az olmamalıdır.
b)Tutma zamanı aşağıdakı 11 əlamətdən heç olmasa üçü mütləq qeyd olunmalıdır.
1.Enerji potensialının və ya fəallığın enməsi
2.Yuxusuzluq
3.Özünəinamın enməsi
4.Diqqətin zəifləməsi
5.Emosional kövrəklik, göz yaşı,ağlamağa meyl
6.Əvvəllər şəxsə məxsus olan seksual və digər zövqalma hissinin itməsi
7.Ümidsizlik və peşmançılıq hissi
8.Daimi peşə vərdişlərinin ciddi zəifləməsi
9.Keçmişə və gələcəyə pessimist nəzərlə baxmaq
10.Tənhalığa meyl
11.Ünsiyyətə meylin azalması
Xroniki depressiya və ya distimiya uzunmüddətli (iki il və daha çox) depressiv əhval-ruhiyyə ilə xarakterizə edilir. Xronik depressiya major depressiyadan daha az şiddətlidir və tipik olaraq şəxsi məhdudlaşdırmır. Distimiya və ya xronik depressiyadan əziyyət çəkirsinizsə, həyatınız boyunca bir və ya iki epizod major depressiya təcrübəsi yaşaya bilərsiniz.
Ayna Məmmədova
Medicina.az