Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi gücü azaldan qidalar

  • 2025.01.22 00:04
  • 278 Baxış
Cinsi gücü azaldan qidalar

Cinsi sağlamlığa mənfi təsir edən ilk qida qrupu həddindən artıq miqdarda şəkər olan qidalardır.

Şəkər bədəndə insulin balansının pozulmasına səbəb ola bilər ki, bu da testosteron səviyyələrinə mənfi təsir göstərir.

Medicina.az təqdim edir:

Testosteron cinsi istək və enerjiyə birbaşa təsir edən mühüm hormondur. Həddindən artıq şəkər həm fiziki, həm də psixoloji olaraq cinsi sağlamlığa təsir göstərə bilər. Bundan əlavə, şəkərli içkilər və desertlər qan şəkərinin sürətlə yüksəlməsinə və sürətlə aşağı düşməsinə, yorğunluq və istəksizliyə səbəb olur.

Doymuş yağlarla zəngin qidalar da cinsi sağlamlığa mənfi təsir göstərər. Qidalar, xüsusilə işlənmiş ətlər, qızardılmış qidalar və "fast food"lar bədəndə yağ yığılmasına səbəb olur.

Doymuş yağların həddindən artıq qəbulu damarların tıxanmasına yol açar ki, bu da qan axınına mənfi təsir göstərir. Yetərsiz qan axını oksigen və qida maddələrinin bədənin müxtəlif hissələrinə daşınmasını çətinləşdirərək cinsi funksiyalara maneə törədər.

Eyni zamanda, həddindən artıq spirt qəbulu cinsi sağlamlığa mənfi təsir edir. Alkoqol mərkəzi sinir sistemini depressiyaya salır, bu da cinsi istəyin olmamasına və ya performans problemlərinə səbəb ola bilər.

Alkoqol bədəndəki testosteron səviyyəsini də aşağı salır və bədəndə uzunmüddətli hormon balanssızlığına yoı açar. Cinsi sağlamlığa mənfi təsir göstərən digər içki növü isə həddindən artıq miqdarda kofein olan içkilərdir. Kofein sinir sistemini stimullaşdırır, lakin həddindən artıq içilməsi orqanizmdə enerji balansını pozur və bu da cinsi istəksizliyə səbəb ola bilər.

İşlənmiş qidalar və hazır yeməklər də cinsi sağlamlığa mənfi təsir göstərər. Tərkibindəki əlavələr, qoruyucu kimyəvi maddələr və artıq duz orqanizmə zərər verir və hormon balansını pozur.

Bu növ qidalar mədə və bağırsaq sağlamlığına mənfi təsir göstərərək həzm problemlərinə səbəb ola bilər. Həzm sistemi pozulduqda, bədənin ümumi sağlamlığı da təsirlənir, bu da dolayı yolla cinsi potensiala mənfi təsir göstərər..

Aygün Nəbiyeva
Mrdicina.az