Cinsi gücü artıran həblərin əks təsirləri ortaya çıxıb.
Medicina.az xəbər verir ki, bu həblərdən istifadə edən on yeddi kişinin görməsində problemlər yaranıb. Uzmanlar bildirib ki, bu həblər 21 gün içində kişilərdə mavi yaxud da bulanıq görmə kimi simptomlarla özünü göstərir. Onların fikrincə bu qalıcı bir zərər deyil. Buna səbəb isə həblərin tərkibində olan və aktiv maddə sayılan "sildenafil"in olmasıdır.
Bu dərmanın bütün təsirlərinin kişilərin əksəriyyəti üçün təhlükəsiz olduğunu deyilir. Bununla birlikdə, kiçik bir alt hissənin bədəndə düzgün bir şəkildə parçalanmadığını və hətta günlərdən sonra qanda yüksək konsentrasiyaya səbəb olduğu da etiraf edilir. Bi şəxs dərmanı heç vaxt qəbul etməyibsə, bədən onu paqrçalamaq üçün istifadə etmir. Mütəxəssislər bildirir ki, bu qədər yüksək dozada ilk dəfə həb qəbulu, sadəcə orqanizmə daha çox iş vermiş olur.
Bu həblər kişilərdə qan damarlarını genişləndirən, cinsiyyət orqanı daxilində və bədənin ətrafındakı qan axınını yaxşılaşdıran fosfodiesteraz 5 (PDE5) adlı bir fermentlə işləyir. Ancaq eyni zamanda fosfodiesteraz növü 6 (PDE6) kimi tanınan və işığı görüntülərə çevirən başqa bir fermentin istehsalını dayandırır. Nəticədə bəzi istifadəçilər maksimum üç-beş saat ərzində bulanıqlığı görməyə başlaya bilər.