Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi əlaqəyə ara verib çay için! - İnanılmaz faydası

  • 2023.01.18 14:50
  • 3389 Baxış
Cinsi əlaqəyə ara verib çay için!  - İnanılmaz faydası

Kişi və qadın münasibətlərini canlı tutan ən əhəmiyyətli şey şübhəsiz cinsi həyatdır.


Bəzi cütlüklərin bununla bağlı problemi olmasa da, bəziləri çətinlik yaşayır, hətta mütəxəssisə müraciət etməyə qədər gedib çıxır. Problemli cütlüklərin evliliyi məyusluq və bəzən xəyanətlə bitə bilər.

Bu səbəbdən cinsi əlaqə hər kəs üçün ən vacib məsələlərdən biridir.

Bakupost.az bildirir ki, bu mövzuda britaniyalı seks terapevti Edryu Q. Marşall (Andrew G. Marshall) yeni bir təklif irəli sürüb və cinsi əlaqəyə ara verib çay içməyi tövsiyə edib.

Bunun sevişməni sağlamlaşdırdığını və müddəti uzatdığını sözlərinə əlavə edib.
Sevişərkən çay fasiləsi verin

İngiltərənin "The Independent" qəzetinə açıqlama verən seks terapevti Endryu Q. Marşall sevişmənin ortasında cütlüklərə ara verib bir fincan çay içməyi təklif edib.

Marşall deyir: “Əgər sevişmənin ortasında dayanıb bir fincan çay içib söhbət etsəniz, seksin sona doğru çatmalı olan bir yarış olmadığını görərsiniz. Bu, bir-birinizə yaxın olmağa imkan verir və 15 dəqiqə davam edən seks 1-1,5 saat çəkir”, - deyə əlavə edib.

Marşal yataq otağında xoşbəxtlik üçün bəzi məsləhətlər də verib:

Bir neçə həftə cinsi əlaqədən qaçın, bunun əvəzinə sadəcə bir-birinizə toxunun.

Uşaqlarınız varsa yataq otağınızın qapısını bağlayın, eşidilməkdən qorxursunuzsa musiqi açın.
Seks həmişə ani olmaq məcburiyyətində deyil. Sevişmək üçün bir plan qurun.

Partnyorunuzla eyni vaxtda yatın, telefon və kompüter kimi diqqətinizi yayındıran şeylərdən uzaq durun.
Bir-birinizlə ünsiyyət qurun.

Problemlərə diqqət yetirməyin, cinsi həyatınızda nəyin yaxşı olduğunu, keçmişdə nələri bəyəndiyinizi danışın.

Aygün