Cinsi əlaqədən sonra iştahanın artması qrelin hormonununn səviyyəsinin artması ilə əlaqələndirilir.
“Medicina” xəbər verir ki, Adler Universitetindən psixoloq Marqarida Rafael orqazm zamanı baş verən dəyişikliklərdən danışıb.
“Orqazm zamanı prolaktin səviyyəsi yüksəlir, bu da məmnunluq, həzz hissi ilə əlaqələndirilir. Ancaq bundan dərhal sonra başqa bir hormon olan qrelin aktivləşərək, bədənin diqqətini cinsi əlaqədən başqa yerə çevirir.
Bu, orqazm zamanı bir çox hormonların və kimyəvi maddələrin səviyyəsinin dəyişməsi ilə bağlıdır. Artan prolaktinin konsentrasiyası orqanizmə oyanmanın azaldığını bildirir. Bu, bədənə istirahət etməyi əmr verir.
Orqazm zamanı qan təzyiqinin tənzimlənməsində iştirak edən vazopressinin səviyyəsi də artır. Bu hormonun cinsi partnyora qarşı sevgi hissləri ilə əlaqəli cüt bağların formalaşmasında rol oynadığına inanılır. Bundan sonra, qrelin aktiv şəkildə hasil olunmağa başlayır.
Ona görə əlaqədən sonra iştah hissi fizioloji prosesdir, sadəcə bu zaman çox miqdarda yağlı yemək və içkiyə aludə olmayın”.
Aygün Musayeva