Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi əlaqə zamanı vaginada qalan prezervativi necə çıxarmalı

  • 2019.11.04 17:53
  • 42401 Baxış
Cinsi əlaqə zamanı vaginada qalan prezervativi necə çıxarmalı

 


Bir prezervativ düzgün
istifadə edildikdə, yüksək məmnuniyyət və 90% qorunma təmin edən çox təsirli
bir üsuldur. Amma ondan yalnış və ya diqqətsiz istifadə edilməsi bir sıra
problemlərə yol aça bilər.

 

Medicina.az xəbər verir ki, ən geniş yayılmış
problemlərdən biri prezervativin vaginada qalmasıdır. Xüsusilə prezervativ
düzgün daxil edilmədikdə, sonundakı havanın tam boşaldılmadan və ya tamam
ereksiya olmamış penisə daxil edildikdə, prezervativ vaginada qala bilər.

 

 

 

Digər
bir səbəb, cinsi münasibətin uzadılması və ereksiya halının getdikcə
keçməsidir. Bu zaman əzələlər boşaldığından prezervativin içəridə qalma halı
yaşana bilər.

 

Prezervativ vaginada qaldığı halda, onu baş barmaq və şəhadət
barmağı vaginaya daxil etməklə və vaginanın divarına zərər vermədən yumşaq
şəkildə çıxarmaq lazımdır. Əgər qoruyucu arxa tərəfə çox yapışarsa və çıxarmaq
mümkün deyilsə, ginekoloqa müraciət etmək lazımdır.
Cinsi əlaqə zamanı vaginada qalan prezervativi necə çıxarmalı