Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Cinsi aktivliyi artırmaq istəyənlərin PƏHRİZİ

  • 2018.11.17 09:55
  • 20928 Baxış
Cinsi aktivliyi artırmaq istəyənlərin  PƏHRİZİ
Hazırda dünyada kişilərin 50 %-ində aşağı sperm aktivliyi müşahidə olunur. Bunun əsas səbəbi yeyilən qidalar, stress, passiv həyat tərzi, cinsi xəstəliklər və s. olur.


Medicina.az xəbər verir ki, spermin tərkibi çox davamsız və tez zədələnən olduğu üçün orqanizmdə baş verən bir çox dəyişikliklər onda öz təsirini tez göstərir. Yaşayış şaraitini dəyişməklə və qidaya diqqət yetirməklə bu çatışmazlığı aradan qaldırmaq mümkündür


Pomidor


Tərkibində likopen adlı güclü antioksidant var. Bu isə spermotozoidin hərəkətliliyini artırır. Bişmiş və emal olunmuş pomidorun tərkibində daha çoxdur. Zeytun yağı ilə yeyildikdə daha yaxşı effekt verir.


Qoz


Omeqa 3 yağları ilə çox zəngindir. Bu maddə spermotozoidin sürətini artırır keyfiyyətini yaxşılaşdırır. Gündə 1 ovuc qoz yemək faydalıdır.


Boranı tumu


Tərkibində olan sink baxımından kişilər üçün ən yaxşı qida hesab oluna bilər. Çiy halda mümkün qədər çox miqdarda yeyilməlidir.


Su


Sperma sayını və keyfiyyətini artırmağın ən yaxşı yolu çoxlu su içməkdir.


Nar


Super bir meyvə adlandırmaq olar. 7 həftə boyunca nar suyu içən siçanlarda sperma aktivliyinin artması müşahidə edilib. Mütəxəssislərin sözlərinə görə, 7 həftə boyunca nar suyu içən kişilərdə də sprema aktivliyi yaranır.


Qara şokolad 


Şokolad nə qədər tünd olsa, bir o qədər faydalı olur. Tərkibində olan amin turşuları spermotozoidin hərəkətliliyini artırır.


Medicina.az