Cinsi əlaqə zamanı diskomfort hissi və ağrılar daha çox qadınlarda orqanizmdə pozulma və hətta ciddi xəstəliklərdən xəbər verə bilər.
"Medicina" xəbər verir ki, ginekoloq Yekaterina Volkova bunun səbəblərini açıqlayıb.
"Əgər qadında kiçik çanaq orqanında varikoz genişlənmə varsa, bu zaman orqazm və cinsi oyanma zamanı belə ağrı ola bilər.
Varikozu olan qadın çox oturanda, ayaq üstə duranda da qarının aşağı hissəsində ağrı olur.
Eləcə də uşaqlıq mioması, yumurtalıq kisti olan qadınlarda ağrı düz bağırsağa və ayaqlara vurur.
Daha dərin ağrı endometriozda olur.
Ağrı hissi cinsi əlaqə ortasında və menstrual fazanın ortasında artır.
Qadına elə gəlir ki, menstrusiya ağrısıdır.
Keysəriyyədən sonra bitişmələr - spaykaları olanlarda qəbizlik zamanı ağrı hissi olur.
Ancaq cinsi əlaqə zamanı uşaqlıq boynu, yolunun iltihabı zamanı sürtünmə, yanma hissi güclü olur.
Uşaqlıq yolu quru olanlarda daha çox klimaks vaxtı qadınlar ağrı hiss edir.
Əgər bu hallar varsa, bütün patologiyalar istisna olmalı, qadın yumşaldıcı lubrikantlardan istifadə etməlidir.
Aygün Musayeva