Çinin yeni baş konsulu Tsoy Şaoçun Yekaterinburqa rəsmi səfər zamanı iki həftəlik karantinə düşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov bildirib.
Medicina.az big.az-a istinadən xəbər verir ki, fevralın 6-da Rusiyaya gələn diplomat təcrid olunub və iki həftə evdə qalacaq.
Bundan başqa, fevralın 7-də Yekaterinburq şəhərinə gələn və "Bodrost" sanatoriyasında karantinə alınan 58 nəfər Çin vətəndaşı özlərini yaxşı hiss edir. Daha 70 çinli Bogdanoviç şəhərindəki yataqxanadadır. Həkimlərin dediyinə əsasən, təcrid olunanların heç birində virus aşkarlanmayıb.
Fevralın 10-na olan məlumata görə, "2019-nCoV" koronavirus qurbanlarının sayı 97 nəfər artaraq 908 nəfərə çatıb.