Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çinin SİNOVAC peyvəndi koronavirusdan qoruya bilmir – Avropa alimləri

  • 2021.08.05 19:36
  • 1998 Baxış
Çinin SİNOVAC peyvəndi koronavirusdan qoruya bilmir  –  Avropa alimləri


Çinin Sinovac peyvəndi koronavirusdan müdafiə üçün lazımi miqdarda antitel yarada bilmir.

Medicina.az xəbər verir ki, bu vaksinin təsiri Budapeştdə yaşlı insanlar üzərində sınanıb.

Vaksin 25-30% halda lazımi qədər antitel yaratmayıb.

Rumıniya Avropa Birliyində yeganə ölkədir ki, covidə qarşı Çinin bu peyvəndini tətbiq edib.

Tədqiqatda 13524 nəfər yaşı 60-ı keçmiş insan iştirak edib. Onların yarısına Sinopharmın Sinovac peyvəndi vurulub. 25,9 faiz insanda hətta minimal dərəcəcə belə antitel hasili olmayıb.

Artıq ölkədə bu peyvəndə qarşı hökuməti tənqid edir, başqa peyvənd tələbi olunur.

Hazırda Rumıniyada ən yüksək yoluxma və ölüm faizi qeyd olunur.

Qeyd edək ki, yaş artdıqca orqanizmin antitel hasil etmə qabiliyyəti azalır, sönür. 70 yaşdan yuxarı insanlarda Çin vaksini ümumiyyətlə təsirsizdir.