Çinin koronavirus peyvəndi xəstəni öldürdü

  • 2020.11.11 14:47
  • 2846 Baxış
Çinin koronavirus peyvəndi xəstəni öldürdü


Milli Sanitar Təftiş Agentliyi braziliyalı xəstənin ölümü səbəbilə Çin şirkəti “Sinovac Biotech” tərəfindən hazırlanan “Coronavac” koronavirus peyvəndinin sınaqlarını dayandırıb.

Medicina.az xəbər verir ki, Butantan İnstitutunun rəhbəri Dimas Kovas açıqlama verib.

“Ölümlə əlaqədar “Anvisa”ya məlumat verdik, amma bu əks effektlə bağlı deyildi. Bu qərardan təəccüblənmişik, çünki bu ölüm peyvəndlə əlaqəli deyil”

Beləliklə, “Anvisa” nümayəndələri peyvənd sınaqlarının ciddi əks təsirlərə görə dayandırıldığı iddialarını rədd edib. Kovasa görə, “Coronavac” peyvəndinin 95% təsirli olduğu sübut edilib, lakin xəstələrin 35%-də yüngül dərəcədə mənfi təsirləri qeydə alınıb.