Çinin dünya şöhrətli aktyor Ceki Canla eyni vaxtda daha 3 sənət adamında da koronavirus şübhəsi aşkarlanıb.
Medicina.az xəbər verir ki, aktyorlar Alan Tamb, Aleks Fonq və rejissor Erik Çanq karantinə alınıblar. Onlar Ceki Çanla eyni tədbirdə iştirak ediblər.
Qeyd edək ki, həmin tədbirdə qonaqların birində koronavirus aşkar edilib. Bu səbəbdən də tədbirin bütün iştirakçıları koronavirus şübhəsi ilə karantinə alınıb.