Müğənni Çingiz Mustafayev son illər ruhi-sufi meyilliiyi ilə diqqət çəkir. O, öz bədəni üzərində müxtəlif eksperimentlər apardığını bildirib.
“Medicina” xəbər verir ki, o, İdris Cəfərlinin podkastında bəsirət gözünü açmaq üçün qədim reseptləri sınadığını etiraf edib.
“Oxudum ki, Musa peyğəmbərin icad etdiyi bir eliksir olub, qızıl tozundan düzəlirdi. Mən onu axtardım, tapdım, sifariş etdim və sınadım. Daim beyinlə bağlı üzərimdə sınaqlar aparıram.
Müasir qidalar 3-cü gözü paslandırır, bloklayır. Amma Rəbbimiz bunun da çarəsini verib. Üzərlik toxumu çayı 3-cü gözü təmizləyir, insanın beynini, hissiyyatını aktivləşdirir”.
Aygün Musayeva