Çin ərazisinə daxil olmaq üçün COVID-19 anal yaxma analizi məcburidir.
Medicina.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, ölkə hökuməti bu üsulu daha etibarlı hesab etdiyi üçün belə qərar qəbul edib.
Artıq Pekin və Şanxay hava limanlarında müvafiq test məntəqələri qurulub.
Qeyd edək ki, Çində koronavirusun sözügedən yoxlanış üsulu bu ilin əvvəllərindən etibarən tətbiq olunur. Bir çox ölkə rəsmiləri anal yaxma analizlərinin təhqiredici və alçaldıcı prosedur olduğunu bəyan edib.