Çin koviddən sonra yeni bir infeksiyanın epimərkəzi ola bilər.
"Medicina" xəbər verir ki, ABŞ və Çin Səhiyyə qurumları yeni müşahidələrdən sonra hesabat paylaşıblar.
Çin yeni bir pandemiyanın episentrinə çevrilə bilər.
Bu dəfə epimərkəzi yenə də Çin ola biləcək "Superqonoreya" infeksiyası güclənib, pandemiya həddinə çata bilər.
Artıq 13 əyalətdən götürülmüş bakteriya analizlərində qonoreya mövcud bütün antibiotiklərə qarşı 99% dözümlülük göstərib.
Məhz Çindəki qonoreya superinfeksiya statusunu alıb. Çünki Avropa və Amerikadakı nümunələr 45% davamlılıq göstərib.
Çin “superqonoreyası”nı məğlub edə bilən yeganə antibiotik “seftriakson”dur.
Amma Çində hətta buna belə yaxın vaxtlarda dözümlülük yarana bilər.
O zaman məhz Çindən yeni bakteriya dünyaya yayılacaq.
Qonoreya cinsi yolla ötürülür, ilk başda heç bir simptom vermir.
Aygün Musayeva