Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çindən təxliyə ediləcək Azərbaycan vətəndaşları ilə bağlı YENİ XƏBƏR

  • 2020.02.01 15:41
  • 3758 Baxış
Çindən təxliyə ediləcək Azərbaycan vətəndaşları ilə bağlı   YENİ XƏBƏR
Azərbaycanın Ankaradakı səfirliyi Çindən Türkiyəyə təxliyə ediləcək Azərbaycan vətəndaşlarını gözləyir.

Medicina.az xəbər verir ki, səfirlikdən Report-a verilən məlumata görə, səfirlik Türkiyənin Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə vətəndaşlarımıza lazım olan bütün köməkliyi göstərmək üçün hazır vəziyyətə gətirilib.

Bildirilib ki, təyyarə Türkiyə vaxtı ilə saat 8:00-da Ankarada olacaq. Vətəndaşlarımız 14 gün ərzində karantində saxlanılacaq, nazirlik uyğun gördüyü vaxtda səfirlik həmin şəxslərlə görüşəcək və onlara lazım olan bütün dəstəyi verəcək:

“Türkiyənin Səhiyyə Nazirliyi ilə mütəmadi əlaqədəyik. Həmin vətəndaşlarımız üçün hazırda bizim edə biləcəyimiz bir şey yoxdur. Ehtiyac olduğu vaxt onların yanında olacağıq. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında virusun özünü büruzə etmə müddəti 14 gün olaraq müəyyən edildiyi üçün 2 həftə onlar qapalı şəraitdə həkim nəzarətində olacaqlar. Həmin müddətdən sonra vətəndaşlarımızın ölkəmizə göndərilməsində də yaxından iştirak edəcəyik”.