Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Çindən gələn ərzaq məhsulları, geyim və məişət malları ilə Azərbaycana virus keçə bilər”- AİB sədrindən XƏBƏRDARLIQ

  • 2020.01.27 16:09
  • 22123 Baxış
“Çindən gələn ərzaq məhsulları, geyim və məişət malları ilə Azərbaycana virus keçə bilər”-  AİB sədrindən XƏBƏRDARLIQ


Çində tüğyan edən koronavirus 14-16 gün ərzində yoluxuculuq qabiliyyətini saxlayır və insanın ağız, burun suyu ilə əşya səthləri üzərinə və qidalara da keçə bilər. Hələ ki, Çinin 2 şəhərində karantin elan olunsa da, virusun digər ölkələrə sıçraması qeydə alınıb.

Azərbaycana Çindən hər gün qida məhsulları, geyim, məişət
əşyaları, min bir xırdavat gətirilir. Ölkə sərhədlərini müxtəlif yollarla keçən bu məhsullarla koronavirus Çindən Azərbaycana keçə bilərmi?

Medicina.az Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovdan məsələ ilə bağlı açıqlama alıb:

O, bildirib ki, ərzaq məhsulları və onların qablaşdırılması zamanı virus ötürülməsi təhlükəsi var.

“Azərbaycanda iri marketlərdən tutmuş bazarlara kimi çox yerdə Çin məhsulları satılır, elə gün olmur ki, Çindən ölkəyə hər hansı məhsul idxal olmasın. Virus 14 gün aktivdirsə, Çİndən təyyarə ilə məhsullar 1 günə də gələ bilər. Eləcə də avtomobil, geyim və s. ilə keçə bilər. Çindən zəncəfil, sarımsaq, meyvələr, müxtəlif hazır qidalar, yumurta və ət məhsulları da gətirilir. Qida Təhlükəsizliyi Agentliyi bildiyim qədəri ilə sərhəddə məhsul gətirən maşın və konteynerləri dezinfeksiya edir, amma içindəki ərzaqlar qalır.

Ümumiyyətlə, mən Azərbaycan sərhədlərində virusla bağlı yoxlama prosesinin ciddi olmadığını görmüşəm. Bunu şəxsən özüm test etmişəm. 2006-cı ildə hələ quş qripinin tüğyan etdiyi dövrdə Portuqaliyadan təyyarə ilə Vətənə dönürdüm. Azalın təyyarəsində anket payladılar, orda özündə hansı əlamərtləri hiss edirsən işarələyirdin. Mən qəsdən test üçün orda bütün əlamətləri qeyd edim ki, guya mən xəstəyəm. Mənə dedilər ki, narahat olmayın, sizi hava limanına enən kimi qarşılayacaqlar, izolyasiya edəcəklər, yoxlayacaqlar.

Amma düşəndə məlum oldu ki, hamısı yalan imiş. Heç kim yaxınlaşmadı, heç soruşmadılar da. Mən də quş qripi olsaydım, asanlıqla keçib şəhərə gələcəkdim. Aydın oldu ki, virusla bağlı heç bir nəzarət yoxdur, deyilənlər də, gözə kül üfürməkdir. İndi də düşünürəm ki, eyni vəziyyətdir. Nəzarət mexanizmi yoxdur, varsa da əməl etmirlər”.

Eyyub Hüseynov məsləhət gördü ki, ümumiyyətlə Çindən qia məhsulları və geyim gətirilməsi dayandırılsın və ya gətirilən məhsullar ciddi yoxlamadan keçsin.

“Əhaliyə məsləhət görərdim ki, marketlərdə istehsal ölkəsi məlum olmayan və ya etiketində Çin yazılan məhsullardan uzaq olsunlar, yerli istehsal olan məhsullar, meyvə, zəncəfil, sarımsaq alsınlar. Ümumiyyətlə, bu aralar suyu da üfləyə-üfləyə içsinlər”.