“ABŞ-a kimlərisə günahlandırmaq və məsuliyyətdən yayınmaqdan çəkinməyi tövsiyə edirik”.
Medicina.az xəbər verir ki, , bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) islahat çağırışına cavab olaraq açıqlamasında bildirilib.
“Donald Tramp ÜST-ə qarşı çıxışları ilə ictimaiyyəti yanlış yönləndirir, Çinin koronavirusla mübarizədə göstərdiyi səyləri qaralamağa və ABŞ-ın epidemiya ilə mübarizədə kifayətsizliyini ört-basdır etməyə çalışır”, - deyə XİN-dən bildirilib.