Çində 2021-ci ilin yanvarın 25-dən sonra ilk dəfə yeni növ koronavirusdan 2 ölüm faktı qeydə alınıb.
Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Ötən gün ərzində Çində koronavirusa 4 051 yoluxma qeydə alınıb, bu isə ötən həftənin göstəricisi ilə müqayisədə 19% daha artıqdır. Yoluxmuş şəxslərdən 181-i xaricdən gəlmiş şəxslərdir. 2 228 nəfərdə yüksək hərarət, öskürək və kefsizlik müşahidə olunub, 1 823 nəfər isə simptomsuz daşıyıcılardır.
Xəstəxanalarda müalicə olunan şəxslərin sayı hər gün 20% artmaqdadır.