Çin hökuməti ötən sutkada koronavirusun yeni tipinə 28 038 yeni yoluxma faktı aşkarlayıb.
Medicina.az xəbər verir ki, bu rəqəm pandemiya dövründə yeni maksimum rekorddur.
Göstəricilər əvvəlki gündən 13,7% çoxdur. Həftəlik dinamika 36%-i keçib.
Məlumatda bildirilir ki, Çində olan ştamma yoluxanlarda öskürək, yüksək hərarət, halsızlıq əlamətləri var. Xəstələrin 80%-i simptomsuzdur. Onlar sağlam insan kimi görünür, virusa yoluxduqları yalnız test vasitəsilə məlum olur.
Çin hökuməti iri şəhərlərdə 3-4 milyon əhalini sərt lokdaunla evlərə qapadıb.
Qeyd edək ki, 1 ildir pandemiya başlayandan Çində gündəlik yoluxma cəmi 100-200 nəfər olurdu.
Bu vaxta qədər orda cəmi 4638 nəfər koviddən ölüb. Bu isə Azərbaycandan qat-qat aşağıdır.