Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çində yeni yemək kəşf edildi: qızarmış acılı buz

  • 2023.12.11 17:45
  • 1238 Baxış
Çində yeni yemək kəşf edildi: qızarmış acılı buz

Çinin Nançyan şəhərində yeni küçə fast-fudu kəşf olunub. Artıq şəhər küçələrində qrildə buz hazırlanır.

“Medicina” xəbər verir ki, qril alovunda sürətlə hazırlanan buz dənələrinə ədviyyat və acı sous qatılır.


Bu yeməyi icad edən yerli sakindir. O, isti yay günlərində müştəriləri sərinlədəcək yemək hazırlamaq qərarına gəlir və bunu çəkərək Tiktokda paylaşır.

Rolik virus kimi yayılır və zarafata hazırlanmış yemək məşhurlaşır.

Qizarmış buza turşa şirin və acı sous, küncüt və yaşıl soğan qatılır.

Hazırda bu yemək 2 dollardır.

Maraqlıdır ki, buz dənələri qrildə qismən ərisə də, öz formasını saxlayır.

Amma yeməyi tezbazar elə ordaca yemək lazımdır.

Aygün Musayeva