Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çində yeni virus yayılıb

  • 2025.01.05 14:39
  • 511 Baxış
Çində yeni virus yayılıb
COVID-19 pandemiyasından beş il sonra Çində insan metapnevmovirusu (HMPV) yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, HMPV qripə bənzər simptomlara səbəb olur. Virus adətən yuxarı tənəffüs sisteminə təsir edir, lakin bəzən aşağı tənəffüs yolu infeksiyalarına da səbəb ola bilər.

Xəstəliyin təxmini inkubasiya müddəti 3-6 gündür.

Hətta virusla bağlı Çinin fövqəladə vəziyyət elan etdiyinə dair iddialar var, lakin məlumat hələ rəsmi şəkildə təsdiq olunmayıb.