Çin bəzi Asiya, Afrika və Avropa ölkələrindən heyvan mənşəli məhsulların idxalına qadağa qoyub.
Medicina.az xəbər verir ki, Çində xəstəliklərlə bağlı yeni qərarlar qəbul edilib.
Bu çərçivədə bəzi Asiya, Afrika və Avropa ölkələrindən heyvan mənşəli məhsulların idxalına qadağa qoyulub.
Bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Açıqlamada, Afrika ölkələri Qana, Somali, Eritreya, Konqo Demokratik Respublikası, Nigeriya, Tanzaniya və Misir, Yaxın Şərq ölkəsi Qətər, Cənub-Şərqi Asiya ölkəsi Şərqi Timor və Avropada Bolqarıstandan heyvan mənşəli məhsulların idxalına qadağa qoyulub.
Qadağaya səbəb Ümumdünya Səhiyyə Təşkilatının sözügedən ölkələrdə qoyun çiçəyi, keçi çiçəyi kimi epidemik heyvan xəstəliklərinin olması ilə bağlı açıqlamaları olub.
Aygün
Medicina.az