Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Medicina.az xəbər verir ki, bu barədə son məlumatı Çin Xalq Respublikasının Səhiyyələri Məsələləri üzrə Dövlət Komitəsi yayıb.
Bildirilib ki, 2019-nCoV virusuna yoluxan insanların sayı 24 300 nəfəri ötüb. 490 nəfər isə ölüb.
Ölkədə 185 500 nəfərdən çox insan həkim nəzarəti altındadır. Eyni zamanda 846 nəfər xəstəlikdən sağalıb.