Çində koronavirus qurbanlarının sayı durmadan artır.
Medicina.az xəbər verir ki, bu barədə xəbəri “RİA “Novosti” yayımlayıb.
Son məlumata görə, ölkədə 2 004 nəfər virusun qurbanı olub. Çin həkimləri 14 376 xəstənin sağalmasına nail olublar.
Bildirilir ki, ölkədə virusa yoluxanların sayı da artaraq 74 185 nəfərə çatıb.
Ötən gün virusa ölkə üzrə 1 749 yoluxma təsdiqlənib, 136 ölüm hadisəsi qeydə alınıb. Onlardan 132-i Xubey əyalətində baş verib.
Qeyd edək ki, Çində koronavirus ötən ilin sonlarında Xubey əyalətində yayılmağa başlayıb.