Çində koronavirusla bağlı vəziyyət getdikdə kəskinləşir.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, ötən sutka ərzində Çində koronavirusa 32 943 yeni yoluxma halı qeydə alınıb.
Bu isə pandemiyanın əvvəlindən Çində qeydə alınan ən yüksək göstərici olub.
Məlumata görə, yeni yoluxma hallarının 90,5%-i və yaxud 29 840 yoluxma halı simptomsuz olub. Yoluxanlardan 186 nəfəri Çinə xaricdən gəlib, geri qalanlar isə ölkə daxilində yoluxub.
Xatırladaq ki, bundan əvvəlki antirekord bir gün əvvəl, yəni noyabrın 24-ü qeydə alınıb. Belə ki, dünən ölkədə 31 656 yeni yoluxma aşkar olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Çinin paytaxtı Pekində koronavirusa yoluxma hallarının artması səbəbindən park, muzey və ticarət mərkəzlərinə giriş bağlanıb. Bununla yanaşı, ölkənin digər ərazilərində əhali kütləvi olaraq koronavirus testindən keçirilir.
yalan sohbetdi insanlari qorxuda saxlayirlar