Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çində polietilendən süni sümük hazırlandı

  • 2024.01.25 16:15
  • 1076 Baxış
Çində polietilendən süni sümük hazırlandı

Çində alimlər süni material və duzdan sümük yaradıblar.

"Medicina" xəbər verir ki, artıq süni sümük dayaq aparatı xəstəliklərindən əziyyət çəkən milyonlarla xəstəyə ümid verəcək,

Çin alimləri strukturu sümüyə uyğun olan polietilenə duz qatmaqla onu təbii sümük kimi möhjəm etməyi bacarıblar.



Tədqiqatın nəticələri polietilen və duzdan hazırlanmış süni sümüyün yüksək möhkəmliyini və dayanıqlığını göstərib ki, bu da onu sümüklərin bərpası üçün ideal material edir.

İnnovativ metod xərçəng zamanı sümüklərə metastazlar, sınıqlar, ağır qəzalarda sümük itkiləri zamanı cərrahi praktikada uğurla istifadə edilə bilər.

Polietilen və duz qarışımlı sümük protez sümükdən daha ucuzdur.

Süni sümüyün xəstələr üzərində real kliniki sınaqları uğurlu olarsa, tezliklə tibbi bazara çıxarıla bilər.

Aygün Musayeva