Çində 11,7 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub.
Medicina.az "TASS"-a istinadən xəbər verir ki , 2019-nCoV koronavirusundan ölənlərin sayı 259 nəfərə çatıb.
Bildirilir ki, ən çox yoluxma və ölüm halları Hubey əyalətində qeydə alınıb (7,1 mindən artıq yoluxma halları, 249 ölü).
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.