Çində koronavirusa yoluxanların sayı 80 min 813 nəfərə çatıb, onlardan 3 176 nəfəri dünyasını dəyişib, 64 111-i sağalıb və xəstəxanalardan evə buraxılıb.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Son sutka ərzində Çində cəmi səkkiz yeni yoluxma faktı qeydə alınıb, yeddi nəfər dünyasını dəyişib.
Pandemiyanın ocağı sayılan Hubey əyalətində sutka ərzində beş yoluxma faktı qeydə alınıb . Yoluxanların hamısı Uhan şəhər sakinləridir, 1255 nəfər xəstəxanalardan evə buraxılıb ki, bunlardan 1103-ü Uhanda əhalisidir.
Ümumilikdə Uhan şəhərində 6 ölüm faktı qeydə alınıb.