Çində koronavirusla bağlı SON VƏZİYYƏT

  • 2020.10.30 09:08
  • 10843 Baxış
Çində koronavirusla bağlı  SON VƏZİYYƏT
Çində son sutka ərzində daha 25 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Medicina.az-ın məlumatına görə, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 940-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 967 xəstə sağalıb. Ölkədə 339 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-nin vəziyyəti ağır qiymətləndirilir.