Şanxay hökuməti mart ayında qapanma başlayandan bəri koronavirusdan ölənlər barədə ilk rəsmi açıqlamasını verib.
Medicina.az xəbər verir ki, lokdaundan bəri Şanxayda koronavirusdan üç nəfər ölüb. Bununla da Çində pandemiyanın başlanmasından bəri ölənlərin ümumi sayı 4641-ə çatıb.
Şəhər səhiyyə komissiyasının açıqlamasında deyilib ki, ölənlər 89-91 yaş arasında və səhhətində yanaşı problemləri olan insanlardır.
Çində “Omikron” ştammının yayılması ilə əlaqədar 2020-ci ilin birinci yarısından bəri ilk dəfə rekord yoluxmalar qeydə alınır. Bu səbəbdən qapanma ilə yanaşı, ölkənin maliyyə mərkəzinə hərbçilər və minlərlə tibb işçisi göndəriliblər. Sərt qaydalarla əlaqədar Şanxay əhalisi etiraz aksiyaları keçirib.