Çinin materik hissəsində son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı artaraq 42 nəfərə çatıb.
Bu barədə Çin Milli Səhiyyə Komissiyası bildirib.
Yoluxan şəxslərin 38-si başqa dövlətlərdən gəlib. Digər dörd nəfər ölkə daxilində yoluxub.
Ötən gün koronavirusdan bir nəfər ölüb. Hadisə virusun yayılma mərkəzi olan Hubey vilayətində qeydə alınıb.
Hazırda Çində COVID-19-dan 1 116 nəfər müalicə alır