Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çində insanlar sərt karantinə qarşı etiraza başladı - "Biz işləməliyik"

  • 2022.03.30 18:00
  • 1390 Baxış
Çində insanlar sərt karantinə qarşı etiraza başladı  - "Biz işləməliyik"


Çinin ən böyük sənaye şəhəri olan Şanxayda kovid yoluxmasının artmasına görə hökumətin lokdaun və qapanma tədbirlərinə qarşı kütləvi etiraz və protestlər başlayıb.

Bakupost.az xəbər verir ki, müxtəlif əyalət və rayonların əhalisi bu qərara qarşı aksiyalara çıxaraq, evdə oturmaq istəmədiklərini bildirir.
İnsanlar hesab edir ki, hökumət çox sərt tədbirlər görür və bu onların işinə, həyatına mənfi təsir edir.

Sosial şəbəkələrə aksiyalardan foto, videolar sızsa da, Çin senzurası onları dərhal yığışdırır.

Videoların birində aksiya iştirakçısı "Biz işləmək istəyirik, çörək istəyirik. Biz öz hüquqlarımızı bilirik. Azadlıq istəyirik. Pandemiyaya qurban getmək istəmirik", - deyə qışqırıb.

Bundan əlavə, Çzilin əyalətində 3 min yerlik modul xəstəxanasının tikintisində iştirak edən 170 işçi də aksiyaya başlayıb.

Onlar hələ də maaşlarının verilməməsindən şikayət ediblər. Üstəlik tikinti zamanı işçilərin yarısı bir-birini yoluxdurub, onları antisanitar vəziyyətdə, baraklarda dərmansız karantinə alıblar.

Çançun şəhərinin sakinləri yerli hökuməti artıq 3 ildir pandemiya şəraitində normal yaşayış şərtləri yaratmamaqda qınayır.

Onlar deyir ki, karantin edib işçiləri, insanları evə qapatmaqla iş bitmir. Biz evə su, ərzaq sifariş edə bilmirik. Normal şəbəkələr, xidmətlər mövcud deyil.

Evdən marketə belə çıxa bilməmək insanlığa ziddir.

Britaniya mətbuatının məlumatına görə, bir neçə günlərdir hüquq müdafiəçiləri və vəkillərin də iş rejimi, qaydaları pozulub. Onlara müvəkkilləri ilə görüşmək qadağan edilib.

Hətta onlayn görüş belə olmaz. Ona görə məkhəmə işləri təxirə düşür, həbsdə olanların hüququ pozulur. Etiraz edənlərlə isə həbsdə pis davranırlar.


Aygün Musayeva
BakuPost