Çində kütləvi şəkildə enerjiyə qənaət rejiminə keçirilib.
Vətəndaşlardan televizor, mikrodalğalı soba, bəzi cihazları yandırmamaq, istifadə etməmək xahiş edilir.
Medicina.az xəbər verir ki, Çində 1 aydan çoxdur energetik kriz hiss olunur. Artıq bir neçə zavodun işində fasilələr yaranıb. İndi çox şəhərlərdə də enerji verilməsində fasilələr olur. Yerli sakinlər sosial şəbəkələrdə küçələrdə işıqforların işləmədiyini, istilik sisteminin olmadığını yazır.
İri restoran, kafe və ticarət mərkəzləri iş saatını azaldıb.
Küçələr və yolların işıqlandırılması dayandırılıb. 10-dan çox əyalətdə işığa qənaət rejiminə keçirilib.
Lyanonində zavodda ventilyasiya sisteminin birdən sönməsi nəticəsində 23 işçi zəhərlənmə ilə xəstəxanaya aparılıb.
Çin hökuməti bildirir ki, elektrik enerjisi böhranı 100 milyondan çox insanı əhatə edə bilər.
Ekspertlər böhranın səbəbini kömür qıtlığında və yeni kvotaların qoyulmasında görür.
Tesla, Apple kimi şirkətlərin Çindəki zavodları işıq söndüyünə görə fəaliyyətini 5 gün dondurub.