Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çində “Delta”nın yayılmasına görə dövlət məmurları - Cəzalandırıldı

  • 2021.08.10 16:15
  • 2262 Baxış
Çində “Delta”nın yayılmasına görə dövlət məmurları   - Cəzalandırıldı


Çində koronavirusun yenidən yayılmasında təqsirli bilinən şəxslər təyin edilib.

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkənin 31 əyalətində koronavirusun “Delta” ştammı yayıldıqdan sonra yerli hakimiyyətlərin 40-dan çox nümayəndəsi cəzalandırılıb.

Bildirilir ki, əyalətlərdə koronavirusun yayıldığı əyalətlərdə sərt karantin tədbirləri görülüb. Sözügedən bu tədbirlərin uğursuzluqla nəticələndiyi ərazilərdə administrativ və tibbi rəhbərliyin müxtəlif səviyyəli 47 nümayəndəsi təqsirli elan edilib.

Bu şəxslərin məhz necə cəzalandırıldığı açıqlanmayıb. Bildirilir ki, ölkədə “Delta” ştammının yeni artımının səbəbini təyin etmək mümkün olub. Belə ki, bu ştamm ilə yoluxmuş şəxsin təyyarə ilə Rusiyadan Nankin şəhərinə gəldiyi qeyd olunub.