Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çində COVID-ə qarşı aerozol vaksini tətbiq olunur

  • 2022.10.28 16:16
  • 1166 Baxış
Çində COVID-ə qarşı aerozol vaksini tətbiq olunur

Şanxayda vətəndaşlara koronavirusa qarşı aerozol şəklində peyvənd təklif olunmağa başlayıb.

"Medicina" az xəbər verir ki, yeni peyvənd ağızdan inhalyasiya edilir və əvvəllər inyeksiya yolu ilə vaksinasiya olunan şəxslərə buster doza kimi pulsuz təklif olunur. Yeni üsulla vaksinasiya proseduru maksimum 20 saniyə çəkir.

Çinin hakimiyyət orqanları “Cansino Biologics Inc” əczaçılıq kompaniyası tərəfindən aerozol şəklində hazırlanan peyvəndin buster doza kimi istifadəsinə sentyabr ayında icazə verib. Vaksin Çin, Macarıstan, Pakistan, Malayziya, Argentina və Meksikada klinik sınaqdan keçirilib.