Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çində COVID-19-un hava yolu ilə yayılmasına dair güclü dəlil tapıldı

  • 2020.04.29 13:33
  • 1859 Baxış
Çində COVID-19-un hava yolu ilə yayılmasına dair güclü dəlil tapıldı


Bu günə qədər COVID-19-un hava damcı yolu ilə yoluxması zəif öyrənilmişdi.

Tədqiqatçıların fikrincə, hərtərəfli dezinfeksiya, daimi havalandırma və izdihamın qarşısını almaq həqiqətən yoluxma riskini azaldır.


Çin və Hong Kongdan olan bir qrup alim tərəfindən havada koronavirus RNT-nin mövcudluğunu sübut edən araşdırma "Təbiət" jurnalı tərəfindən yayımlanıb. İndiyə qədər virusun hava damcı yolu ilə yoluxma faktı zəif öyrənilmişdir, buna görə pandemiyanın başlanğıcından etibarən epidemioloqlar insanlar arasında sıx təmasa və çirklənmiş səthlərlə toxunmamağa diqqət yetirirdilər.

Havanın çirklənmə potensialını qiymətləndirmək üçün tədqiqatçılar fevral və mart aylarında Wuhandakı iki xəstəxanada və bir neçə ictimai yerlərdə quraşdırılmış "aerozol tələləri" istifadə edərək ətraf mühitin monitorinqini aparmışlar. Monitorinqin nəticələrinə görə, havalandırılan otaqlarda koronavirusun RNT-nin konsentrasiyasının az olduğu, havalandırma ilə təchiz olunmayan tualetlərdə isə xeyli yüksək olduğu müəyyən edilmişdir. RNT-nin maksimum konsentrasiyası həkimlərin qoruyucu vasitələri çıxardığı otaqlarda qeydə alınıb. Bu, ehtimal ki, viral aerozol qoruyucu kostyumlar və maskalar çıxardıqda yenidən əmələ gələ bilər. Ancaq xəstəxanalardakı intensiv dezinfeksiya tədbirlərindən sonra havadakı RNT virus izləri yoxa çıxıb.

Yaşayış binalarında və supermarketlərdə viral konsentrasiya daha aşağı olub. Bununla birlikdə xəstəxanalara yaxın ərazilərin çox olduğu bölgələrdə alimlər koronavirus RNT-nin artan konsentrasiyasını tapdılar.
Tədqiqatın nümunəsinin kiçik olmasına baxmayaraq, əldə edilən məlumatlar hərtərəfli dezinfeksiya, yaxşı havalandırma və izdihamı minimuma endirməklə yoluxma riskini əhəmiyyətli dərəcədə azaltdığını təsdiqləyir.

Başqa sözlə, araşdırma bir çox ölkədə tətbiq olunan sərt karantin tədbirlərinə ehtiyac olduğunu əsaslandırır.