Çində son sutka ərzində koronavirusa 164 yeni yoluxma faktı qeydə alınıb.
Medicina.az -ın məlumatına görə, bu, avqustun 9-dan bəri ölkə ərazisində qeydə alınan yüksək göstərici olub.
Qeyd olunur ki, son sutkada yoluxanlardan 73 nəfəri xaricdən gələn şəxslər olub.
Statistikaya əsasən, ölkədə son bir həftədə COVID-19-a yoluxanların sayı hər gün 2 faizə yaxın artıb.