Çinin Şansi bölgəsinin Çanqzi kəndində normal görmə və ya çəki tələblərinə cavab verməyən şagirdlərə qəbul imtahanları zamanı aşağı qiymət veriləcəyi ifadə edildi.
Medicina.az xəbər verir ki, bu qərar minlərlə sosial media istifadəçisinin müzakirəsinə səbəb oldu. Belə ki, Çində 18 yaşınadək əhalinin yarıdan çoxunun göz problemləri var. Şagirdlər isə bundan ən çox təsirlənənlərdir.
Yeni qərara əsasən, şagirdlər görmə və çəki testləri daxil olmaqla “fiziki uyğunluq” səviyyələri baxımından dəyərləndiriləcək və qiymət veriləcək.
Onların qəbul imtahanının bir hissəsi olan dəyərləndirmələr ümumi qiymətlərinin 6 faizini təşkil edəcək.