Çində 2021-ci ilin fevral ayının 15-dək 50 milyon nəfər yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinasiya olunacaq.
Medicina.az "TASS"a istinadən verdiyi məlumata görə, bunu Şanxayın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşı Tao Lina deyib.
T.Lina bildirib: "Çində vaksinin ilk partiyasını 50 milyon nəfər alacaq. Vaksinasiyanı fevralın 15-dək bitirmək nəzərdə tutulur".