"Müasir anestezologiya və intensiv terapiya” mövzusunda keçirilən konfransda bildirilib ki, 2016-2017-ci illərdə həkim səhvinə görə cinayət məsuliyyətinə cəlb olunan tibb işçiləri siyahısında ilk üçlükdə anestezioloqlar, reanimatoloqlar yer alıb.
Medicina.az xəbər verir ki, bu barədə Anestezioloqlar Federasiyasının sədri Vladimir Qorbaçov məlumat verib.
Siyahıda birinci yerdə isə cərahlar durur. 2-ci yerdə mama-ginekoloqlar gəlir.
Həmin illərdə 57 cərrah, 30 ginekoloq, 19 anestezioloq cinayət məsuliyyətinə cəlb olunub.
Digər həkimlərdən pediatrlar, təcili yardım həkimləri, terapevtlər və tibb bacıları da qeydə alınıb.