Çin rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) koronavirusun ölkədə yayılmasının nə vaxt və necə baş verməsini müəyyənləşdirməyə kömək edə biləcək ilk yoluxma halları ilə bağlı işlənilməmiş məlumatları təqdim etməkdən imtina edib.
Bu barədə “Wall Street Journal” qəzeti mütəxəssislərə istinadən məlumat yayıb.
“Bizə bir neçə nümunə göstərdilər, amma bu, hamısını təmin etmək kimi bir şey deyildi, bu, epidemioloji araşdırma üçün standart bir şeydir. Beləcə, başa düşürsünüzmü, bu məlumatların təhlili bizim nöqteyi-nəzərimizdən daha məhdud hal alıb, bununla belə, digər tərəf düşünə bilər ki, bu, pis deyil”, - deyə qəzet ÜST-ün mikrobioloq və mütəxəssisi Dominik Duayerdən sitat gətirib.
Mütəxəssislər bildirir ki, Çin rəsmiləri 2019-cu ilin dekabrında Uhanda yayılmağa başlamış epidemiyanın ilk günlərində aşkar olunan 174 yoluxma və həmçinin epidemiya başlamazdan əvvəl mümkün olan biləcək hallar barədə məlumatla bağlı onların istəklərini geri çevirib. Çinin rəsmi nümayəndələri və alimləri həmin məlumatları təhlil etdiklərini, eyni zamanda virusun yayılmasından bir neçə ay əvvəlki məlumatları araşdırdıqlarını, ancaq hər hansı dəlil tapmadıqlarını qeyd ediblər.
Duayerin sözlərinə görə, imtina səbəbindən ÜST-ün və Çinin mütəxəssisləri arasında qızğın müzakirələr yaranıb.