Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin xərçəng əleyhinə nanovaksin hazırladı

  • 2024.12.27 17:17
  • 228 Baxış
Çin xərçəng əleyhinə nanovaksin     hazırladı

Çin alimləri siçanlar üzərində nanovaksini sınayıblar.

“Medicina” xəbər verir ki, vaksin şiş membranının antigenləri əsasında yaradılıb.

Vaksinin hazırlanmasında Çin Elmlər Akademiyası iştirak edib.
Vaksin xəstənin öz xərçəng hüceyrələrindən hazırlanır.

Onkologiyada əsas problemlərdən biri əməliyyatdan sonra residivin olması və xəstəliyin qayıtmasıdır.

Alimlər xəstənin öz hüceyrələrinə uyğun immuniteti gücləndirən antigen təsirli peyvənd alırlar.

Digər sözlə, öz şiş hüceyrələri orqanizmə yeni düşmən hüceyrələri tanımaqda kömək edir.

Belə yanaşma əvvəllər də sınaqdan keçirilib.
Bu dəfə alimlər membrandan vaksin alınmasına çalışıb.

Siçanlar üzərində aparılan təcrübə göstərir ki, bu vaksindən sonra residivlər azalıb.

Preparat şiş və metastazların təkrar yaranmasının qarşısını alır.

Aygün Musayeva