Çin hakimiyyəti aprelin 8-dən etibarən koronavirusun yayılmasının mərkəzinə çevrilən Wuhan şəhəri ilə nəqliyyat əlaqələrində məhdudiyyətləri aradan qaldıracaq.
Bu barədə Wuhan qərargahının rəsmiləri virusun yayılmasının qarşısının alınması və nəzarətinə dair açıqlamalarına istinadən məlumat verib.
Wuhan xaricində nəqliyyata qoyulan məhdudiyyət martın 25-i gecə yarısından götürülür, 8 aprel gecə yarısından etibarən vilayətdə giriş nəzarət tədbirləri ləğv ediləcək və xarici nəqliyyat bərpa ediləcəkdir.
23 yanvar tarixindən etibarən Wuhan, koronavirus səbəbiylə dünyadan təcrid edilmişdir. Ertəsi gün Hubei əyalətinin daha on şəhərinə karantin qoyulmuşdu. Giriş və çıxış üçün nəqliyyat əlaqəsi dayandırılmış, yerli sakinlərin xüsusi icazə olmadan tərk edilməsi qadağan olunmuş, giriş eyni prinsipə əsasən həyata keçirilirdi. Şəhərlərdəki hərəkət rejimi də ciddi şəkildə məhdudlaşdırılmışdı.
Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasını elan etdi.
24 mart tarixində infeksiya 195 ölkəyə yayılmış, 381 mindən çox insan virusa yolkuxmuş və 16 mindən çox xəstə ölmüşdü.
Çində ümumilikdə 81.171 nəfər virusa yoluxmuş, onlardan 3277 nəfər ölmüş və 73.159 xəstə sağalmışdır.