Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranmasını araşdıran komissiyasının əməkdaşlarını ölkəyə buraxmayıb.
Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, komissiya üzvlərinin səfərdə məqsədi koronavirusun yayıldığı iddia edilən Çinin Uhan şəhərində virusun meydana gəlmə səbəbini araşdırmaq olub.
Bildirilib ki, dekabrın ortalarında Çin hakimiyyəti ÜST-nin nümayəndələrinin səfərinə razılıq vermişdi.