Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin peyvəndi olunanlara təcili başqa peyvənd vurulmalıdır - Delta plyusa qarşı TƏLƏB

  • 2021.07.01 18:02
  • 3427 Baxış
Çin peyvəndi olunanlara təcili  başqa peyvənd vurulmalıdır    -  Delta plyusa qarşı TƏLƏB
Türk Təbibləri Birliyi peyvəndləmənin başladığı ilk aylarda vaksin vurulan 65 və yuxarı yaş qrupu insanlar, eləcə də tibb işçilərinə Delta variantına qarşı təsiri sübut olunmuş effektiv digər peyvəndlərdən bir doza vurulması tələbini irəli sürüb.

Medicina.az xəbər verir ki, hazırda dünyada aktivləşən Delta və Delta plyus variantına qarşı Sinovak peyvəndi effektiv olmadığına görə, ilk başda bu peyvənd olunanlar Delta qarşısında müdafiəsiz qala bilər.


Türk həkimləri bildirir ki, Sinovac peyvəndi etdirənlərin antitelləri 3 ay sonra kəskin azalıb itməyə başlayıb.


Araşdırma rəyində bildirilir ki, 1053 nəfər tibb işçisi üzərində aparılan müşahidə göstərib ki, onlarln 95%-də Sinovak peyvəndinin ikinci dozası olunduqdan 3 ay sonra antitellər düşüb və faktiki olaraq bu insanlar Delta qarşısında antitelsizdir.

Ona görə də daha uzun müddətli təsirli və Deltaya qarşı da effektiv başqa ad peyvəndin bir dozu yenidən bu şəxslərə vurulmalıdır. Proses payıza kimi başlamalıdır.


ÜST və ABŞ Pfizer peyvəndinin Delta və hind stamina qarşı effektiv olduğunu bildirir. Çox güman ki. həm Türkiyədə, həm də bizdə Sinovak peyvəndi olunanlara bir doza da Pfizer vurulacaq.